Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Livandakı hadisələrdə ölənlər arasında azərbaycanlılar var?

Livandakı hadisələrdə ölənlər arasında azərbaycanlılar var?

Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir.

Birinci24.com xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O bildirib ki, Livanda ümumiyyətlə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı cüzidir:

“Baş verən hadisələrdə yaralanan və ölənlər arasında azərbaycanlıların olub-olmaması barədə xəbər yoxdur”.

Qeyd edək ki, sentyabrın 23-də İsrailin Ordusu paytaxt Beyrut daxil olmaqla Livana hava hücumları həyata keçirib. Nəticədə ölənlərin sayı 492-yə çatıb, azı 1645 nəfər xəsarət alıb.

Editor

Related Posts