Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

““McDonald’s”a gedəcəyəm və kartof qızartmağa çalışacağam” – Tramp

““McDonald’s”a gedəcəyəm və kartof qızartmağa çalışacağam” – Tramp

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp gələn həftə “McDonald’s” fast food restoranları şəbəkəsində işləmək istədiyini bildirib.

Birinci24.com xəbər verir ki, bu barədə o, Demokratlar Partiyasından rəqibi Kamala Harrisin “McDonald’s”da tələbə kimi işləməsini şərh edərkən bildirib.

“Düşünürəm ki, gələn həftə “McDonald’s”a gedəcəyəm, bəlkə də burada (Pensilvaniyada) yox. “McDonald’s”a gedəcəyəm və təxminən yarım saat kartof qızartmağa çalışacağam. Onun necə olduğunu görmək istəyirəm”, – Tramp qeyd edib.

Qeyd edək ki, Harrisin müttəfiqi, Demokratlar Partiyasından vitse-prezidentliyə namizəd Tim Uolts əvvəllər Harrisin tələbə olarkən yay aylarında bir fast food restoranında part-time işlədiyini bildirmişdi.

Tramp bu hekayənin real olmadığına inanır.

Editor

Related Posts