Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Livanda bir gündə son 11 aydan daha çox uşaq ölüb” – UNİCEF

“Livanda bir gündə son 11 aydan daha çox uşaq ölüb” – UNİCEF

“Livanda münaqişənin davam etməsi fəlakətli nəticələrə səbəb olacaq”.

Birinci24.com xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) Livandakı nümayəndəsinin müavini Etti Hiqqins bildirib.

Hiqqins bildirib ki, son sutka ərzində ölkədə əvvəlki 11 ayla müqayisədə daha çox uşaq öldürülüb:

“Dünən azı 35 uşaq öldü ki, bu da Livanda son 11 ayda öldürülən uşaqların sayından (22 uşaq) çoxdur. Bir neçə uşaq hələ də dağıntılar altındadır. Bu münaqişənin davam etməsi Livandakı bütün uşaqlar, xüsusən də evlərini tərk etmək məcburiyyətində qalanlar üçün fəlakətli nəticələrə səbəb olacaq”.

Editor

Related Posts