Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bayden Kobaxidzenin ənənəvi qəbula dəvətini ləğv etdi

Bayden Kobaxidzenin ənənəvi qəbula dəvətini ləğv etdi

ABŞ Prezidenti Co Baydenin administrasiyası Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyətinin sentyabrın 25-də Nyu-Yorkda keçirilən ənənəvi qəbula dəvətini ləğv edib.

Birinci24.com “Sputnik Gürcüstan”a istinadxa əbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

Bundan əlavə, administrasiya Gürcüstan nümayəndə heyəti ilə planlaşdırılan bütün görüşləri, o cümlədən Kobaxidze ilə danışıqları ləğv edib.

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da görüşü ləğv edib.

Mətbuatın yazdığına görə, ABŞ administrasiyası bu qərarı Gürcüstan hökumətinin son bəyanatları ilə izah edib ki, bu da onların fikrincə, demokratik prinsiplərə və gürcü xalqının iradəsinə açıq-aşkar hörmətsizlikdir.

Qeyd edək ki, may ayında İrakli Kobaxidze ABŞ-yə səfərini Vaşinqtonun Gürcüstanda etirazlara səbəb olan xarici agentlərlə bağlı qanun layihəsini geri götürmək tələbləri fonunda ləğv etmişdi. Eyni zamanda, “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili Gürcüstana səfəri zamanı ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayenlə görüşməkdən imtina etmişdi. İvanişvili həmçinin amerikalı konqresmenlərlə görüşü də eyni şəkildə ləğv etmişdi.

Editor

Related Posts