Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sabah Cəbrayıla ilk köç olacaq

Sabah Cəbrayıla ilk köç olacaq

Dörd il öncə işğaldan azad edilən Cəbrayıl şəhərinə sabah – sentyabrın 26-da ilk köç yola düşəcək.

Birinci mərhələdə 36 ailənin (117 nəfər) məskunlaşacağı bildirilir. Bunlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan cəbrayıllılardır.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Azərbaycan Ordusu 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərini işğaldan azad edib.

Editor

Related Posts