Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı – FOTO

Naxçıvanda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı – FOTO

Birinci24 informasiya agentliyi xəbər verir ki, 27 sentyabr – Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da saat 12:00-da canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb.

Qeyd edək ki, səhər saatlarından başlayaraq muxtar respublikanın şəhər və rayonlarında Vətən müharibəsində şəhid olan qəhrəmanların məzarını ziyarət edən insanlar şəhidlərin xatirəsini ehtiramla anır, məzarları üzərinə tər güllər düzürlər.

Azərbaycana Şanlı Zəfəri qazandıran, ərazi bütövlüyümüz naminə canlarından keçən əbədiyaşar qəhrəmanlarımızı böyük sevgi və minnətdarlıqla anırıq.

Allah rəhmət eləsin!

Editor

Related Posts