Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Qəzzada son iki gündə 50-dən çox fələstinli öldü

Qəzzada son iki gündə 50-dən çox fələstinli öldü

İsrail qüvvələrinin blokada altında olan Qəzza zolağına hücumları nəticəsində son iki gündə 50-dən çox fələstinli ölüb, 110-dan çox fələstinli yaralanıb.

Birinci24.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat verib.

Məlumata görə, son 48 saat ərzində Qəzzada 52 fələstinli həlak olub, 118 fələstinli yaralanıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, hərbi əməliyyatın əvvəlindən indiyədək İsrailin təcavüzü nəticəsində ölənlərin sayı 41 586, yaralananların sayı 96 210 nəfər olub.

Editor

Related Posts