Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Paşinyan sülh sazişinin icrası ilə bağlı birgə komissiya təklif edir

Paşinyan sülh sazişinin icrası ilə bağlı birgə komissiya təklif edir

Ermənistanla Azərbaycan arasında müzakirə olunan sülh sazişində digər məsələlərlə yanaşı, bu sazişin icrasının gedişinə nəzarət etmək üçün birgə komissiyanın yaradılması da nəzərdə tutulur.

Birinci24.com xəbər verir ki, bu barədə oktyabrın 2-də Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada danışıb.

Hökumət başçısı sazişin bir neçə əsas komponentini, o cümlədən, diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünün qarşılıqlı tanınmasını qeyd edib.

Müxalifətçi deputat Artur Xaçatryanın hakimiyyətin saziş layihəsini dərc etməməsi ilə bağlı sualına Nikol Paşinyan belə cavab verib:

“İndiki mərhələdə sənədin mətnini açıqlamaq diplomatik baxımdan düzgün olmaz”.

Azərbaycanın rəsmi orqanları Nikol Paşinyanın söylədiklərinə, hələ ki, reaksiya verməyib.

Editor

Related Posts