Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

ABŞ hakimiyyəti Ukrayna sakinlərinə və onların arasından olan qaçqınlara humanitar yardım göstərmək üçün 237 milyon dollar ayırmaq qərarına gəlib.

Birinci24.com xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin saytında dərc edilmiş məlumatda deyilir.

“Birləşmiş Ştatlar Agentlik və Dövlət Departamenti vasitəsilə Ukraynada münaqişədən zərər çəkmiş əhalinin ən həssas qruplarına və regiondakı ukraynalı qaçqınları dəstəkləmək üçün əlavə humanitar yardım üçün 237 milyon dollar ayırır”, – Agentliyin direktoru Samanta Pauer bildirib.

Bəyanatda iddia edilir ki, bu, tərəfdaşlara qışa hazırlıq da daxil olmaqla həyati əhəmiyyətli yardım göstərməyə kömək edəcək. Söhbət, xüsusilə, ərzaq və mənzil təminatından gedir. Bundan əlavə, agentlik Ukraynada fiziki reabilitasiya sisteminin potensialının gücləndirilməsi üçün 13 milyon dollar ayırır.

Editor

Related Posts