Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Gürcü arzusu” yenidən Prezidentin impiçmenti prosesini başladır

“Gürcü arzusu” yenidən Prezidentin impiçmenti prosesini başladır

Spiker: “Konstitusiya Məhkəməsində daha bir iddianın qaldırılması planlaşdırılır”.

Birinci24.com xəbər verir ki, Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası yenidən Prezidentin impiçmenti proseduruna başlayır. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə deyib.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsində daha bir iddianın qaldırılması planlaşdırılır.

Səbəb hələ də eynidir – Prezident Salome Zurabişvilinin hökumətin icazəsi olmadan xarici səfərləri.

Papuaşvili izah edib ki, iddia seçkilərə qədər Konstitusiya Məhkəməsinə veriləcək və məsələ seçkilərdən sonra ilk iclaslardan birində parlamentdə səsə qoyulacaq.

Qeyd edək ki, “Gürcü arzusu” seçkilərdə qalib gələcəyinə əmindir. Hakim partiya hesab edir ki, 26 oktyabrda keçiriləcək parlament seçkilərində qalib gələcək və impiçment üçün parlamentdə kifayət qədər səs çoxluğuna malik olacaq.

Əgər “Gürcü arzusu” seçkilərdə uğur qazanarsa və impiçmentə nail olarsa, Zurabişvilinin səlahiyyət müddəti təxminən bir ay qısalacaq.

Papuaşvilinin sözlərinə görə, bu addım daha çox simvolik xarakter daşıyır: “Konstitusiyanı pozan Salome Zurabişvili təkcə keçmiş Prezident kimi deyil, səlahiyyəti yarımçıq dayandırılmış Prezident kimi tarixə düşəcək”.

“Gürcü arzusu” bundan əvvəl hökumətin icazəsi olmadan Avropaya inteqrasiyanı dəstəkləyən Zurabişviliyə qarşı ötən ilin oktyabrında impiçment proseduru başlatmışdı. Lakin o zaman hakim partiya parlamentdə yetərli səs qazana bilmədi.

Editor

Related Posts