Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Qəzzada bir ildə 41,9 min fələstinli öldü

Qəzzada bir ildə 41,9 min fələstinli öldü

Son bir il ərzində blokadada olan Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin hücumları nəticəsində 41,9 mindən çox fələstinli ölüb.

Birinci24.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, onların 60%-dən çoxunu qadınlar və uşaqlar təşkil edir.

“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 41 min 909, yaralananların sayı 97 min 303 nəfərə çatıb”, – nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 24 saat ərzində anklavda İsrail qüvvələrinin təcavüzü nəticəsində 39 nəfər ölüb, 137 nəfər yaralanıb.

Editor

Related Posts