Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu genişləndirir

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu genişləndirir

Birləşmiş Ştatlar Yaxın Şərq regionuna üçüncü döyüş təyyarələri eskadrilyasını yerləşdirib.

Birinci24.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı bəyanat yayıb.

İsrailin təhlükəsizliyini təmin etmək üçün bölgəyə “F-15E Strike Eagle” qırıcıları gəlib. Onların yerləşdiyi ərazi rəsmi olaraq açıqlanmır. Bəzi məlumatlara görə, təyyarələr İordaniyadakı Muvaffaq Salti aviabazasındadır.

Oktyabrın əvvəlində “F-16 Fighting Falcon” qırıcılarının və “A-10 Thunderbolt II” hücum təyyarələrinin əlavə eskadrilyaları, bir neçə min hərbçi ilə birlikdə artıq ABŞ Mərkəzi Komandanlığının cavabdehlik zonasına gəlmişdi.

Avqust ayında ABŞ artıq beşinci nəsil “F-22” qırıcılarını Yaxın Şərqə yerləşdirib. Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə mühərrikli təyyarədaşıyan gəmisi “USS Abraham Lincoln F/A-18E/F Super Hornet” və beşinci nəsil “F-35C Lightning” də daxil olmaqla, 4 qırıcı eskadronun yerləşdiyi Oman körfəzində yerləşir. 

Pentaqonun rəsmi məlumatlarına görə, hazırda Yaxın Şərqdə 40 minə yaxın Amerika əsgəri və onlarla döyüş təyyarəsi var. Bundan əlavə, 154-ə qədər “Tomahawk” qanadlı raket daşıya bilən “USS Georgia” nüvə sualtı qayığı və iki idarə olunan raket esminesi Qırmızı dəniz bölgəsində növbətçilik edir.

Editor

Related Posts