Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ukrayna Ordusunun Baş Qərargahı: “Cəbhədə vəziyyət ağırdır”

Ukrayna Ordusunun Baş Qərargahı: “Cəbhədə vəziyyət ağırdır”

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı oktyabrın 9-da yaydığı hesabatda cəbhədə vəziyyətin ağır olduğunu açıqlayıb.

Bildirilir ki, gün ərzində 172 toqquşma baş verib, Rusiya qoşunları Ukrayna ordusunun mövqelərinə bir raket, 1190 PUA zərbəsi endirib, 82 hava və 3460 artilleriya hücumu həyata keçirib.

“Düşmən canlı qüvvə və texnikadakı üstünlüyündən istifadə edərək durmadan mövqelərimizə hücum edir. Ukraynanın müdafiəçiləri işğalçıların təzyiqinə müqavimət göstərərək düşmənə xeyli itki verirlər”  – Baş Qərargahın açıqlamasında belə  deyilir.

Bildirilir ki, Rusiya aviasiyası Kursk vilayətində Ukrayna hərbçilərinin mövqelərinə on bir bomba atıb.

Qurum oktyabrın 8-dən 9-na keçən gecə Rusiyanın 21 PUA-sının vurulduğunu, bir pilotsuz təyyarənin isə dönüb Rusiyaya tərəf uçduğunu,  Poltava bölgəsinə üç “İsgəndər” ballistik raketi atıldığını bildirib.

Rusiya hər gün Ukraynanı top atəşinə tutur.  Müdafiə Nazirliyi yalnız hərbi hədəflərin vurulduğunu iddia edir.

Editor

Related Posts