Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Eyni idarənin 130 əməkdaşı niyə işdən çıxarılıb? – Video

Eyni idarənin 130 əməkdaşı niyə işdən çıxarılıb? – Video

Kürdəmir Suvarma Sistemləri İdarəsində çalışan 130 nəfər işdən çıxarılıb.

Birinci24.com xəbər verir ki, işdən azad olunan şəxslər öz narazılıqlarını bildiriblər.

Şikayətçilərin sözlərinə görə, onlar işsiz qaldıqları üçün maddi çətinlik çəkirlər, ailələrini dolandıra bilmirlər: “İki azyaşlı övladım var. Üç gündür vicdan əzabı çəkirəm. Mən nə yedizdirim onlara?!”

Məsələyə münasibət bildirən Kürdəmir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Rəşid Nəsirov deyib ki, bu, struktur dəyişikliyi ilə bağlıdır: “Bir neçə həftə əvvəl onlara bildiriş vərəqəsi təqdim olunub. Onlar bu bildirişləri oxuyub, tanış olub və imza atıblar. Növbəti həftədə bir neçə şəxsin işdən çıxarılması da gözlənilir”.

Editor

Related Posts