Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Elza Seyidcahan:”Mənim sahibim var, mən yiyəsiz deyiləm”

Elza Seyidcahan:”Mənim sahibim var, mən yiyəsiz deyiləm”

Əməkdar artist Elza Seyidcahanla müğənni Elçin Cəfərov arasındakı qalmaqal alovlanıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, olay-a açıqlama verən bəstəkar E. Cəfərovun bir müddət öncə onun şeirləri ilə bağlı səsləndirdiyi fikirlərə reaksiya verib.

Ondan öncə Yazıçılar Birliyinin sədir Anar Rzayev və sədr müavini Rəşad Məcidlə olan iclasdan danışıb:

“İclasa görə, çox sevindim. Bir məsəl var, deyir it də yiyəsiz olmasın. Mənim sahibim var. Krılovun bir əsəri var. İki dost oynayır, ayı gələndə biri qaçır, digəri görür ki, ayı onu yeyəcək, özünü yatmışlığa qoyur. Qaçan soruşur ki, ayı sənə nə dedi? Deyir, söylədi ki, ondan sənə dost olmaz. Mənim adımdan o sözü yaydılar ki, guya, demişəm. Halbuki nə şeirimdə yazmışdım, nə də nitqimdə demişdim. Mənə çox sataşıblar. Özləri özlərini ifşa etdilər. Hər kəsin öz üslubu var. Mənim də öz üslubumu onlar özlərinə məxsus təqdim etdilər. Yazıçılar Birliyini narahat etdilər. Mən nə Bəstəkarlar İttifaqına, nə Yazıçılar Birliyinə, nə öz adıma, daşıdığım nənəmin Elza Seyidcahan adına toz qondurmamışam. Heç bir zaman məhkəməyə verməmişdim. Bu dəfə vermişəm, böyük təzminat tələbi də qoyulub. Çünki onlar Yazıçılar Birliyinin adına xələl gətirmək istəyirdilər. Mənə xəbərdarlıq olundu ki, çox istedadlısan, özünü belə insanlardan qoru. Mən tək deyiləm, tək olsam, nə var idi? Amma mənim yiyələrim var. Xəbərdarlıq etdilər ki, bəzi əbləhlərdən özünü qoru. Bizi özləri fikirləşdikləri kimi görmək istəyənlər məhkəmədə cavab verəcəklər. Oxuya bilməyənlər yaza bilıənlərə qarşı hücuma keçmişdilər. İnşallah ki məhkəmədə sübut edəcəyik onlara”.

Seyidcahan E. Cəfərovla bağlı suala gəlincə, bunları söyləyib:

“İstəməzdim ki, o zirvədən sual vermisiniz, özümü bu kiçikliyə endirim. Yəqin məni düzgün başa düşərsiniz. Axı dedim ki, yiyəsiz deyiləm. Mənə xəbardarlıq olundu ki, özünü əbləhlərdən qorumalısan. Ona görə də sizə belə cavab verməliydim”.

Qeyd edək ki, Elçin bir müddət öncə Əməkdar artistin şeirləri haqqında “Açıq deyəcəyəm bu abırlı bir şey deyil. Bu ayıb bir şeydir” açıqlamasını vermişdi.

Editor

Related Posts