Today Cümə axşamı, 17th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şimali Koreya Cənubi Koreya ilə əlaqələri kəsdi

Şimali Koreya Cənubi Koreya ilə əlaqələri kəsdi

Şimali Koreya qonşusu ilə ərazi demarkasiyası siyasətinin tərkib hissəsi kimi Cənubi Koreya ilə avtomobil və dəmir yolu əlaqəsini tamamilə kəsib.

Birinci24.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, Koreya Xalq Ordusunun Baş Qərargahı cənub sərhədinin şərq və qərb rayonlarında “Şimali Koreya Xalq Demokratik Respublikasının (KXDR) dövlət hakimiyyəti altında olan ərazi sərhədlərinin Koreya Respublikasının ərazisi ilə tam ayrılması” kursunun bir hissəsi kimi Cənubi Koreyaya gedən avtomobil və dəmir yollarının kəsilməsi üçün tədbirlər görüb.

Qeyd edək ki, oktyabrın 15-də Seul Şimali Koreyanın Cənubi Koreyaya gedən yolları partlatdığını bildirmiş, partlayışın yarımadanın qərb və şərqindəki nəqliyyat xətlərinə təsir etdiyini qeyd etmişdi. Rəsmilər partlayış nəticəsində nəqliyyat kommunikasiyalarının əsaslı şəkildə kəsildiyini bildirmişdiblər.

Editor

Related Posts