Today Şənbə, 19th Oktyabr 2024
Birinci 24

Birinci 24

Heyvanlarla rəhmsiz rəftar edənlər 500-2000 manat arasında cərimələnəcəklər   

Heyvanlarla rəhmsiz rəftar edənlər 500-2000 manat arasında cərimələnəcəklər   

Heyvanlarla rəhmsiz rəftar edənlər 500-2000 manat arasında cərimələnəcəklər.

Birinci24.com xəbər verir ki, bu, Milli Məclisin bu günkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə cərimənin məbləği 500 manatdır.

Amma yeni qanun layihəsinə görə, rəhmsiz rəftara, onların döyülməsinə və ya döyüşdürülməsinə görə cərimənin məbləği 500-800 manat arasında müəyyənləşdiriləcək.

APA xəbər verir ki, sadalanan əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə cərimənin məbləği 800 manatdan 1000 manatadək olacaq. Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda cərimənin məbləği 1000-1500 manat arasında dəyişəcək.

Qeyd olunur ki, eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda cərimə 1500-2000 manat arasında dəyişəcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək inzibati həbs tətbiq olunacaq.

Heyvanlarla rəhmsiz rəftarın təbliği və ya kommersiya məqsədləri üçün istifadə edilməsinə görə də cərimələr müəyyənləşdirildiyi bildirilir.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 274-1-ci maddəyə əsasən, heyvanlarla rəhmsiz rəftarın təbliğinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadəsinə görə 1000-1500 manatadək cərimə müəyyənləşdirilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək inzibati həbs tətbiq oluna bilər.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Editor

Related Posts