Today Şənbə, 19th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ukraynada enerji infrastrukturunun 75%-i məhv edilib” – Aİ

“Ukraynada enerji infrastrukturunun 75%-i məhv edilib” – Aİ

“Ukraynada enerji infrastrukturunun 75%-i artıq məhv edilib”.

Birinci24.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ sammitinin birinci günündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Rusiya Ukraynanın enerji infrastrukturunun 75%-ni məhv edib”, – fon der Lyayen bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Kiyevə təkcə silah və sursat tədarükünü deyil, həm də enerji şəbəkəsini dəstəkləmək və təmir etmək üçün ehtiyat hissələri, generatorlar və günəş panellərinin tədarükünü gücləndirmək niyyətindədir.

Fon der Lyayen bir daha bəyan edib ki, Brüsselin Kiyevə hərbi dəstəyi sarsılmaz olaraq qalır.

Editor

Related Posts