Today Cümə, 18th Oktyabr 2024
Birinci 24

Birinci 24

HƏMAS da Yəhya Sinvaran ölümünü təsdiqlədi

HƏMAS da Yəhya Sinvaran ölümünü təsdiqlədi

Fələstinin HƏMAS hərəkatı hərəkatın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın ölümünü təsdiqləyib.

Birinci24.com xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun sədr müavini Xəlil əl-Həyya məlumat verib.

Oktyabrın 17-də İsrail Müdafiə Qüvvələri (IDF) 2023-cü il oktyabrın 7-də İsrailə qarşı misli görünməmiş hücumun əsas təşkilatçısı hesab edilən Sinvarın Qəzza zolağında İsrail hərbçiləri tərəfindən öldürüldüyünü rəsmən elan edib.

“HƏMAS siyasi bürosunun rəhbəri, komandir Yəhya Sinvar üçün yas tuturuq”, – əl-Həyya bildirib.
Onun sözlərinə görə, Sinvar döyüşdə həlak olub.

Qeyd edək ki, Sinvar avqust ayından HƏMAS-ın Siyasi Bürosuna rəhbərlik edir. Onun sələfi İsmayıl Haniyə iyulun sonunda Tehranda öldürülüb.

Editor

Related Posts