Today Çərşənbə axşamı, 22nd Oktyabr 2024
Birinci 24

Birinci 24

HƏMAS yeni liderinin adını açıqlamayacaq

HƏMAS yeni liderinin adını açıqlamayacaq

Fələstinin HƏMAS hərəkatı gələcək liderinin adını açıqlamaq niyyətində deyil.

Birinci24.com xəbər verir ki, bu barədə BBC telekanalı hərəkatın nümayəndəsinə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, HƏMAS təhlükəsizlik baxımından yeni liderinin kimliyini açıqlamayacaq.

Gələn ilin martında baş tutacaq başçı seçkisinə qədər hərəkata 5 nəfərdən ibarət komitə rəhbərlik edəcək.

Məlumata görə, Sinvarın ehtimal olunan varisləri arasında Məhəmməd Dərvişa, Xəlil əl-Həyya, Məhəmməd Nazzal və Xalid Meşal var.

Editor

Related Posts