“Oktyabrın 18-də Azərbaycan, Rusiya, İran və Ermənistanın xarici işlər nazirlərini ölkəmizdə qəbul etdik. Platformanın vacib bir ehtiyaca cavab verdiyini müşahidə edirik”.
Birinci24.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib.
Ərdoğan bildirib ki, bu strukturu institusional quruluşa çevirmək istəyir:
“Qarabağda 30 illik işğalın başa çatması ilə Cənubi Qafqazda daimi sülh üçün unikal fürsət ələ keçirilib. Biz Azərbaycan və Ermənistanın bu istiqamətdəki səmimi səylərini yaxından izləyirik. Davamlı sülhün unikal dövrü əldə edildi. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik”.
Xatırladaq ki, oktyabrın 18-də İstanbulda “3+3” regional məşvərət platforması çərçivəsində nazirlərin görüşü keçirilib.