Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Zelenski ABŞ-dan “Tomahawk” raketləri istəyib – “New York Times”

Zelenski ABŞ-dan “Tomahawk” raketləri istəyib – “New York Times”

Amerikanın “New York Times” qəzeti anonim mənbələrə istinadən iddia edir ki, Ukrayna prezidenti Vladimir Zelenski “qələbə planı”nın məxfi hissəsində ABŞ-dan “Tomahawk” qanadlı raketləri istəyib.

Qəzetə danışan  mənbənin sözlərinə görə, ABŞ rəsmiləri bu tələbi həm siyasi baxımdan, həm də obyektiv səbəblərə görə tamamilə qeyri-real sayaraq rədd ediblər.

“Tomahawk”-ın uçuş məsafəsi 1500 mildən, yəni 2400 km-dən çoxdur.  Ukrayna ərazisindən atılarsa, Rusiyanın bütün Avropa hissəsini, Uraldan kənarda böyük bir ərazini, Omsk vilayətinin qərb bölgələrini vura bilər (BBC).

Əvvəla,  siyasi səbəblərə görə ABŞ Ukraynaya hətta uçuş məsafəsi altı-yeddi dəfə az olan ATACMS taktiki raketləri ilə də Rusiya ərazinin dərinliklərini vurmağa icazə vermir.

İkincisi, Rusiyadakı potensial hərbi hədəflərin sayı ABŞ-ın öz ordusunun döyüş qabiliyyətinə xələl gətirmədən vaz keçə biləcəyi raketlərin sayından qat-qat çoxdur.

NYT-yə danışan mənbənin sözlərinə görə, Zelenski “Tomahawk”-ları  qeyri-nüvə çəkindirməsinin elementinə çevirmək istəyir.

Hələ ki rəsmi Kiyev NYT-nin xəbərini  şərh etməyib.

Editor

Related Posts