Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

İspaniyadakı daşqında ölənlərin sayı 64-ə çatıb

İspaniyadakı daşqında ölənlərin sayı 64-ə çatıb

İspaniyanın cənub və şərqində dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayının 64-ə çatdığı bildirilir.

Daşqınlara oktyabrın 22-dən başlayan və uzun sürən leysan yağışlar səbəb olub.

Onlarla yaşayış məntəqəsi, o cümlədən Valensiya və Malaqa şəhərləri su altında qalıb.

İnsanların xilas edilməsi və axtarışı üçün zərərçəkmiş ərazilərə mindən çox xilasedicinin göndərildiyi deyilir.

İspaniyanın Baş naziri Pedro Sançes deyib ki, xilasetmə işlərində bütün lazımi resurslardan istifadə olunacaq.

Regional hakimiyyət orqanları daşqından zərər çəkmiş bölgələrin sakinlərini hər hansı müstəqil səyahətdən çəkinməyə çağırıb.

Valensiyada sonuncu böyük daşqın 2023-cü ilin sentyabrında baş verib.

Həmin vaxt İspaniyadakı kataklizm nəticəsində ən azı üç nəfər həlak olmuşdu.

Alimlər qeyd edirlər ki, iqlim dəyişikliyi regionda ekstremal hava hadisələrinin artmasına səbəb olur.

Meteoroloqlar isə bildirirlər ki, Aralıq dənizində temperaturun artması yağıntıların intensivliyinə əhəmiyyətli təsir göstərən aktiv buxarlanmaya gətirib çıxarır.

Editor

Related Posts