Sülh müqaviləsinin mətnində cəmi bir-iki məqam razılaşdırımalıdır.
Birinci24.com xəbər verir ki, Ermənistanın xarici işlər naziri parlamentdəki büdcə müzakirələri zamanı belə deyib.
“Ehtiyatlı bir nikbinliklə bildirim ki, yaxın gələcəkdə biz bu bir-iki məqamla bağlı razılığa gələ biləcəyik. Ondan sonra saziş imzalanmağa hazır olacaq”, – nazir fikrini belə davam etdirib.
A.Mirzoyan kommunikasiyaların açılması məsələsində də irəliləyiş olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanın regionda nəqliyyat kommunikasiyalarının açılması təklifini yarı-rəsmi də olsa, dəstəkləyib.
“Bunu ona görə deyirəm ki, bu məsələdə də müsbət ab-hava olduğunu biləsiz” – nazir belə deyib.
Kommunikasiya məsələsi Yerevanla Bakı arasındakı mürəkkəb mövzulardan biridir, Azərbaycanla Naxçıvanı birləşdirəcək dəhliz məsələsi məhz bu kontekstdə müzakirə olunur.
Ararat Mirzoyan erməni soyqırımı məsələsinə də toxunub və onun xarici siyasətdə prioritet olmadığını açıqlayıb: “Tariximizin faciəli səhifələrinin öyrənilməsi, erməni soyqırımının araşdırılması Ermənistan Xarici İşlər Nazirliyinin gündəliyində qətiyyən bir nömrəli prioritet deyil”.