“Associated Press” agentliyinin xəbərinə görə, Tramp Viskonsin ştatında da qalib gəlib və beləliklə, 279 səslə (lazım olandan 9 səs çox) ABŞ-ın 47-ci prezidenti seçilib.
***********
Son yenilənmə:
Tramp 266 səslə irəlidədir, Harrisin 218 səsi var.
***********
Yenilənir
Donald Tramp Floridada tərəfdarları qarşısında çıxış edib.
Respublikaçılar Partiyasının prezidentliyə namizədi çıxışına Palm-Biçdə toplaşanlara təşəkkür etməklə başlayıb.
O özünün və tərəfdarlarının “tarixi qələbə qazandığını” deyib və hər gün “seçicilər üçün mübarizə aparmağa” söz verib. Səslərin hesablanması tamamlanmasa da, Tramp özünü ABŞ-ın 47-ci prezidenti adlandırıb.
***********
ABŞ-da seçki məntəqələri bağlanıb.
Son məlumatlara görə, Respublikaçılar Partiyasının namizədi, keçmiş prezident Donald Tramp qələbə üçün lazım olan 270 səsdən 246-nı, Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harris isə 187-ni qazanıb.
Tramp bütün “yelləncək” ştatlarda da irəlidədir. “Associated Press” agentliyinin, CNN və NBC-nin hesablamalarına görə, o, Şimali Karolina və Corciya ştatlarında qalib gəlib, qalan beş ştatda – Arizona, Miçiqan, Nevada, Viskonsin və Pensilvaniyada da Harrisi qabaqlayır.