Tramp siyasi qələbəsini elan etdi

Tramp siyasi qələbəsini elan etdi

Donald Tramp siyasi qələbəsini elan edib və özünü ABŞ-nin 47-ci prezidenti adlandırıb.

Birinci24.com xəbər verir ki, o bu barədə Mar-a-Laqodakı malikanəsində çıxışı zamanı danışıb.

“Bu, ölkəmizin indiyədək görmədiyi siyasi qələbədir. Amerika xalqına məni 47-ci prezident seçdiklərinə görə təşəkkür etmək istəyirəm”, – deyə Tramp bildirib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçilmiş dövlət başçısı olduğunu bildirib.

Editor

Related Posts