Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Zəngilan Hava Limanını ilk dəfə görən Ərdoğanın reaksiyası: “Əla” – VİDEO + YENİLƏNİB

Zəngilan Hava Limanını ilk dəfə görən Ərdoğanın reaksiyası: “Əla” – VİDEO + YENİLƏNİB

Bu gün Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Zəngilan Hava Limanına eniş edib.

Türk lider təyyarədən enən zaman sağa-sola baxaraq hava limanına göz gəzdirib. Daha sonra o, əli ilə “əla” işarəsi göstərib.

***

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Zəngilan Beynəlxalq Hava Limanında R.T.Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. 

R.T.Ərdoğanı Türkiyə Böyük Millət Məclisinin sədr müavini Cəlal Adan, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi, nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlu, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun və Prezidentin sözçüsü İbrahim Kalın müşayət edirlər.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb. 

R.T.Ərdoğanın olduğu təyyarə Zəngilan Hava Limanına eniş edib. 

Bununla da Türkiyə prezidenti Zəngilan aeroportuna gələn ilk xarici dövlət başçısıdır.

Editor

Related Posts