Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qalantın həbsinə order verdi

Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qalantın həbsinə order verdi

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahunun və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib. Onlar Qəzza zolağında hərbi cinayətlər, o cümlədən insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunurlar.

Məhkəmənin açıqlamasında deyilir ki, qurumun məhkəməyəqədərki palatası Netanyahu və Qalantın Qəzzadakı mülki əhalini qəsdən və bilərəkdən yaşayış üçün zəruri olan ərzaq, su, dərman, tibbi ləvazimatları, yanacaq və elektrik enerjisindən  məhrum etdiklərinə dair ağlabatan əsasların olduğunu müəyyən edib.

Editor

Related Posts