Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Naxçıvanda tibbi aksiya – onkoloji müayinə və əməliyyatlar keçiriləcək

Naxçıvanda tibbi aksiya – onkoloji müayinə və əməliyyatlar keçiriləcək

Dekabr 5-6-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında onkoloji müayinə və əməliyyatlar keçiriləcək.

Birinci24 informasiya agentliyi xəbər verir ki, aksiya Naxçıvan Sağlamlıq Mərkəzində olacaq.

Məqsəd xərçəngin erkən mərhələlərdə aşkarlanması, müalicə imkanlarının artırılması və insanlara sağlam gələcək üçün yeni ümidlər bəxş etməkdir. Naxçıvanda onkoloji sahədə keyfiyyətli xidmətlərin təqdim edilməsində, bu sahədəki bilik və təcrübənin artırılmasında da bu tədbirin önəmli rolu olacaq.

Editor

Related Posts