Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Gənclər və İdman Nazirliyi Naxçıvan Şahmat Federasiyası ilə bağlı açıqlama yayıb

Gənclər və İdman Nazirliyi Naxçıvan Şahmat Federasiyası ilə bağlı açıqlama yayıb

Birinci24 informasiya agentliyi xəbər verir ki, Gənclər və İdman Nazirliyi Naxçıvan Şahmat Federasiyasının ləğvi ilə bağlı açıqlama yayıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada federasiyanın öz qərarı ilə ləğv edildiyi bildirilib:

“Naxçıvan Muxtar Respublikasında mövcud Şahmat Federasiyasının öz qərarı ilə ləğv edilməsi barədə məlumat Gənclər və İdman Nazirliyinə də daxil olub. Bildiririk ki, ölkə ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş Azərbaycan Şahmat Federasiyası fəaliyyət göstərir. Bu federasiya gələcəkdə də ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da şahmatın davamlı inkişafı üçün müvafiq işlər görəcək”.

Editor

Related Posts