Rusiya “3+3” platforması çərçivəsində region ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsi imkanlarını araşdırır.
Birinci24.com xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Maria Zaxarova dekabrın 4-də keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu məsələ “3+3” ölkələri XİN başçılarının oktyabrın 18-də İstanbulda baş tutan iclasında müzakirə olunub.
“Həmin iclasın nəticələrini nəzərə alaraq, hazırda bu formata sədrlik edən Türkiyə tərəfi digər iştirakçılarla məsləhətləşmə şəraitində lazımi işlər aparır. İndiki mərhələdə prosesin koordinasiyasını məhz Türkiyə həyata keçirir”, – Zaxarova qeyd edib.