İranın Xorasan Rezavi əyalətinin Nişapur şəhərində “Üç gül” (“Se Gol”) neft emalı zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb, bir nəfər yaralnıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Nişapur şəhər Xəstəxanası Təcili yardım şöbəsinin müdiri Həmid Hüseyni bildirib.
O, yaralının xəstəxanaya yerləşdirildiyini, həmçinin yanğının söndürüldüyünü qeyd edib.