Bu gün Gürcüstanda qadınlar eyni vaxtda bir çox polis bölməsinin qarşısında aksiyalar keçiriblər.
Onlar tələb ediblər ki, Daxili İşlər Nazirliyi həbslər zamanı insanları vəhşicəsinə döyməyə son qoysun.
“Biz bütün polisləri – əgər onlar gürcüdürlərsə, kişidirlərsə və bir damcı da olsa, ləyaqətləri varsa, – bizim və uşaqlarımızın cəlladlarına müqavimət göstərməyə çağırırıq” – aksiyanın etirazçılara qarşı qanunsuzluğa və repressiyalara son qoyulmasını tələb edən bəyanatında belə deyilir.