Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində qışa hazırlıq vəziyyəti yoxlanılıb

Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində qışa hazırlıq vəziyyəti yoxlanılıb

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində minik avtomobillərinin qış istismar dövrünə hazırlığı yoxlanılıb.

Yoxlama zamanı avtomobillərin şinlərinin , əyləc sisteminin, elektirik sisteminin və digər hissələrin sazlığı yoxlanılmış eləcə də avtomobildə olan tibb qutusunun içindəki ləvazimatlar yanğın söndürmə balonu və digər avadalıqlara baxış keçirilmişdir.

Avtomobillərin və digər avadanlıqların texniki vəziyyətinin yoxlanılması və ehtiyac olarsa təmir işləri aparılması ekstremal şəraitdə effektliyin qorunmasını və hərbi vəzifələrin vaxtında və uğurla yerinə yetirilməsinə zəmanət verir.

Editor

Related Posts