Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

“Araz-Naxçıvan” Premyer Liqa tarixində ilk dəfə turu birinci pillədə başa vurub

“Araz-Naxçıvan” Premyer Liqa tarixində ilk dəfə turu birinci pillədə başa vurub

“Araz-Naxçıvan” tarixdə ilk dəfə Azərbaycan çempionatında turu birinci pillədə başa vurub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu, Misli Premyer Liqasının XVI turunda gerçəkləşib.

Naxçıvan təmsilçisi “Səbail” üzərində 2:0 hesablı qələbə ilə xallarının sayını 39-a çatdırıb. Bir xal geri qalan “Qarabağ”ın ehtiyatda bir oyunu qalsa da, Naxçıvan klubu turu zirvədə bitirib.

Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. “Araz-Naxçıvan” bunadək heç vaxt turu 1-ci yerdə bitirməyib.

Qeyd edək ki, Naxçıvan klubu Premyer Liqada 4-cü mövsümünü keçirir. Daha bir dəfə isə komanda yarışı başa vurmayıb.

Editor

Related Posts