Dekabrın 8-də Qüdsdə Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə İsrailin xarici işlər naziri Gedeon Saar görüşüblər.
Birinci24.com xəbər verir ki, G. Saar bu haqda X platformasında yazıb.
O, Yaxın Şərqdə və Qafqazda baş verənləri, regional təhlükəsizlik, həmçinin iki ölkə arasındakı ikitərəfli münasibətləri müzakirə etdiklərini bildirib.
“Münasibətlərimiz güclüdür və biz onu daha da gücləndirməyə çalışırıq!”, – nazir qeyd edib.