Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

ISESCO Şuşa irsinin qiymətləndirilməsi işlərinə başlayıb

ISESCO Şuşa irsinin qiymətləndirilməsi işlərinə başlayıb

ISESCO Şuşadakı irsin qiymətləndirilməsi üçün işlərə başlayıb.

Birinci24.com xəbər verir ki, bunu ISESCO-nun İnsan və Sosial Elmlər Sektorunun Rəhbəri Ramata Almamy Mbaye Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın “Mədəni irsin qorunması və bərpası” adlı panel sessiyasında deyib.

O deyib ki, mədəni irsin qorunması və mühafizəsi üçün zaman yetişib:

“Xüsusilə münaqişə dövrlərində onları qorumaq lazımdır. Bu irs xalqları bir araya gətirərək şövq edən varlıqdır. Azərbaycanın ev sahibliyi etdiyi COP29-da da bu təşəbbüslə ISESCO çıxış etdi”.

Onun sözlərinə görə, ISESCO son zamanlar Şuşadakı irsin qiymətləndirilməsi üçün işlərə başlayıb:

“Bu irsin islam dünyası üçün nə qədər dəyərli olub-olmamasını qiymətləndirmək lazımdır. Burada həmçinin ədalətin bərqərar edilməsindən söhbət gedir”.

Editor

Related Posts