Suriyadakı silahların “Hizbullah”ın əlinə keçə biləcəyi ehtimalını qiymətləndirən SAHAL rəsmiləri dekabrın 12-də bildiriblər ki, İranın Yaxın Şərqdəki proksi-qruplarının zəifləməsi və Bəşər Əsəd rejiminin süqutu onun nüvə obyektlərinə zərbə endirmək imkanı yaradıb.
İsrail hərbçiləri hesab edirlər ki, son hadisələrdən sonra təcrid olunmuş İran nüvə proqramını davam etdirməyə və bomba hazırlamağa davam edə bilər.
İran nüvə silahı hazırlamasıyla bağlı iddiaları davamlı olaraq təkzib edir, ölkənin kosmik proqramının və nüvə fəaliyyətlərinin yalnız dinc məqsədlərə hədəfləndiyini deyir.
Bununla belə, ABŞ-ın kəşfiyyat xidmətləri və MAQATE 2003-cü ilə qədər İranın mütəşəkkil hərbi nüvə proqramına malik olduğunu və nüvə proqramını mülki ehtiyaclar çərçivəsindən kənarda inkişaf etdirdiyini bildirirlər.
İsrail iddia edir ki, İran heç vaxt nüvə silahı proqramından vaz keçməyib və bu ölkənin nüvə obyektlərindən çoxu güclü şəkildə möhkəmləndirilmiş dağların altında gizlədilib.