Ceyhun Bayramov sülh müqaviləsinin 15 bəndinin razılaşdırıldığını təsdiq edir

Ceyhun Bayramov sülh müqaviləsinin 15 bəndinin razılaşdırıldığını təsdiq edir

“Sülh müqaviləsi ilə bağlı layihə preambula və 17 maddədən ibarətdir. Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb, iki maddə üzrə isə açıq suallarımız var”.

Birinci24.com-un xəbərinə görə, bunu bu gün, dekabrın 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, həmin açıq suallar üzrə işlər davam edir: “Artıq bir neçə raund danışıqlar və mətn mübadilələri həyata keçirilib. Hələ ki, tam razılaşdırılmış varianta gəlmək mümkün olmayıb”.

Lakin nazir xüsusi olaraq detallara toxunmayıb.

Yaxınlarda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da eyni məsələni dilə gətirmişdi. O da deyirdi ki, sülh müqaviləsinin preambulası və 17 maddədən 15- razılaşdırılıb. Amma o əlavə edirdi ki, kifayət qədər iradə olarsa, onu yekunlaşdırıb imzalamaq olar.

Editor

Related Posts