Şimali Koreyanın Ukrayna ilə müharibədə 1100 hərbçi itirdiyi bildirilir

Şimali Koreyanın Ukrayna ilə müharibədə 1100 hərbçi itirdiyi bildirilir

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Koreya Xalq Demokratik Respublikasının (KXDR, Şimali Koreya) Rusiya-Ukrayna müharibəsində 1100 nəfər itki verdiyini bəyan edib.

Birinci24.com xəbər verir ki, bu barədə dekabrın 23-də “Yonhap” məlumat yayıb.

“Bir çox kəşfiyyat məlumatlarının hərtərəfli qiymətləndirilməsi göstərir ki, Şimali Koreya Rusiyaya qoşun yerləşdirməsini rotasiya etməyə və ya artırmağa hazırlaşır”, – Qərargah Rəisləri Komitəsinin məlumatında deyilir.

Məlumatda deyilir ki, Şimali Koreya Rusiyaya pilotsuz təyyarələr verə bilər.

Əlavə olunur ki, Şimali Koreya Ukraynaya qarşı müharibədə iştirak üçün Rusiyaya 10-12 min hərbçi göndərib.

Şimali Koreya və Rusiyanın dövlət başçıları 2024-cü ilin iyununda “Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi” imzalayıblar.

Razılaşma dekabrın 4-də qüvvəyə minib.

İki ölkə arasında hərbi əməkdaşlığa dair razılaşma Pxenyanın Ukraynadakı münaqişədə iştirakının artdığı, 10 mindən çox Şimali Koreya əsgərinin Ukraynaya qarşı döyüşmək üçün göndərildiyi bir vaxta təsadüf edib.

Editor

Related Posts