“Nə? Harada? Nə vaxt?” (“Что? Где? Когда?”) televiziya oyununun keçmiş iştirakçısı Rövşən Əsgərov Rusiyada ekstremist elan olunub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, onun adı Rusiyada ekstremistlər və terrorçular siyahısına daxil edilib.
Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi 2022-ci ilin aprelin 27-də R.Əsgərov barəsində nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açmış, mayın 11-də o, axtarışa verilmişdi.
Məlumatda qeyd olunurdu ki, R.Əsgərov öz “Facebook” səhifəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən məlumatlar yayıb.