Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmü təsdiqlənib

Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmü təsdiqlənib

İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə barəsində ölüm hökmünü təsdiqləyib.

“İş Tehrana cinayət hökmlərinin icrasına göndərilib”, İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü deyib.

2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov qətlə yetirilib. Xidmətin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov yaralanıb.

Hadisədən sonra Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Səfirliyin əməkdaşları Bakıya təxliyə olunub. Azərbaycan tərəf baş verənləri terror kimi qiymətləndirib.

Editor

Related Posts