Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Türkiyədəki yanğında ölənlərin sayı artdı

Türkiyədəki yanğında ölənlərin sayı artdı

Türkiyədə Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində ölənlərin sayı 79-a çatıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə yerli prokurorluq məlumat yayıb.

“DNT testlərindən sonra yanğında ölənlərin sayı 79-a çatıb”, – məlumatda deyilib.

Türkiyə Səhiyyə Nazirliyi daha əvvəl bildirib ki, yanğın zamanı xəsarət alan 51 nəfərdən 39-u xəstəxanadan buraxılıb, 12 nəfərin müalicəsi davam edir.

Xatırladaq ki, Kartalkaya istirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Bundan əvvəl 76 nəfərin öldüyü bildirilib. Yanğın zamanı oteldə ümumilikdə 238 qonaq olub. Yanvarın 22-də Türkiyədə milli matəm elan edilib.

Editor

Related Posts