Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin xarici işlər nazirləri Ukrayna münaqişəsi ilə bağlı yanvarın 31-də başa çatan Rusiyaya qarşı sanksiyaların müddətinin 6 ay müddətinə uzadılması barədə razılığa gəliblər.

Birinci24 informasiya agentliyi TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa ölkələrindən birinin Aİ Şurasındakı nümayəndə heyətindəki mənbə məlumat verib.

Bu məlumatı daha sonra Aİ diplomatiyasının rəhbəri Kaya Kallas da təsdiqləyib.

“Aİ xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların yenidən uzadılması ilə bağlı razılığa gəldilər. Bu, Moskvanı müharibəni maliyyələşdirmək üçün gəlirlərdən məhrum edəcək”, – deyə o, “X” sosial şəbəkə səhifəsində qeyd edib.

Editor

Related Posts