Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

ABŞ-dakı təyyarə qəzasına Trampın aviasiyadakı ixtisarları səbəb olub?

ABŞ-dakı təyyarə qəzasına Trampın aviasiyadakı ixtisarları səbəb olub?

ABŞ prezidenti Donald Tramp yanvarın 29-da baş vermiş təyyarə qəzasından bir neçə saat sonra Ağ Evdə mətbuat konfransını keçirib.

O, Bayden administrasiyasını tənqid edərək deyib ki, aviasiya standartlarının aşağı düşməsinə müxtəliflik və inklüzivlik təşəbbüsləri səbəb olub. O qeyd edib ki, bu sahədə çalışmaq üçün müəyyən edilmiş meyarları Bayden dəyişib.

“Yalnız ən yüksək bacarıqlara və ən yüksək intellektə sahib olan, psixoloji baxımdan güclü insanlar aviadispetçer ola bilərlər” deyən Tramp keçmiş nəqliyyat naziri Pit Butticiçin (Pete Buttigieg) dövründəki idarəetmənin “fəlakətli olduğunu” bildirib.

Butticiç “X” platformasında Trampa cavab verib; yazıb ki, təhlükəsizlik onun üçün prioritet məsələ olub və Bayden administrasiyası dövründə bircə dənə də olsun kommersiya təyyarəsi qəzaya uğramayıb.

“İndi orduya və Federal Aviasiya Administrasiyasına Prezident Tramp cavabdehdir. Onun ilk iş əmrlərindən biri səmamızı təhlükəsiz saxlamağa kömək edən əsas işçiləri işdən çıxarmaq oldu” deyə, keçmiş nazir əlavə edib.

CNN xəbər verir ki, təyyarə helipkopterlə toqquşan gün iş başında iki əvəzinə bir dispetçer olub. Hadisənin səbəbinin hava limanındakı ixtisarlarla bağlı olub-olmaması barədə suala Tramp belə cavab verib: “Bu, biliklərlə bağlı məsələdir. Belə bir şey baş verməməli idi. Söhbət bundan gedir… Əgər düzgün seçilmiş adamlarınız varsa, çox insana ehtiyacınız olmaz”.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəzayla bağlı ilkin hesabatın 30 gün ərzində açıqlanacağını bildirib.

“CBS News” kanalının xəbərinə görə, artıq qara qutuları tapılıb, təyyarənin düşdüyü Potomak çayından 40 nəfərin cəsədi çıxarılıb.

Kanzas ştatının Viçita şəhərindən uçan, Vaşinqton səmasında hərbi helipkopterlə toqquşan sərnişin təyyarəsində 60 sərniş və 4 ekipaj üzvü, təlim uçuşu həyata keçirən hərbi helikopterdə isə 3 hərbçi olub.

Editor

Related Posts