Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Əhməd Əl-Şəra ilk dəfə həyat yoldaşı ilə… – Video

Əhməd Əl-Şəra ilk dəfə həyat yoldaşı ilə… – Video

Məlum olduğu kimi, ötən bazar günü Suriyanın müvəqqəti prezidenti Əhməd Əl-Şəra ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Ər-Riyaddakı təmaslarından sonra paytaxtı tərk edən Əhməd əl-Şəra həyat yoldaşı Lətifə Əl-Şəra ilə Məkkəyə gələrək Ümrə ziyarətini yerinə yetirib.

Ümrə ziyarəti zamanı əl-Şəranı həyat yoldaşı Lətifə Əl-Şəra və Suriyanın xarici işlər naziri Əsəd Şeybani müşayiət edib. Bununla da, Suriyanın birinci xanımı ilk dəfə görüntülənib.

Qeyd edək ki, Lətifə Əl-Şəra Hümsdən olan Əlaəddin Paşa bin Əbdülhəmid Paşa əd-Darubinin nəvəsidir.

Lətifə əd-Darubinin universitet təhsili var. O, xüsusilə ərəb ədəbiyyat üzrə təhsil alıb. Onun Hüms yaxınlığındakı əl-Qəryateyn qəsəbəsində doğulduğu deyilir.

Editor

Related Posts