Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Anar yenidən Yazıçılar Birliyinin sədri seçildi

Anar yenidən Yazıçılar Birliyinin sədri seçildi

Bu gün Bakıda Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçirilib.

Qurultayda açıq səsvermə yolu ilə Xalq yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.

Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında 4 komissiya təyin olunub, sədr və üzvləri seçilib. Qurultay katibliyinin sədri Adil Cəmil, üzvləri isə Arifə Əliyeva, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Taleh Mənsur olub.

Mandat komissiyasının sədri Əkbər Qoşalı, üzvlər isə Gülnarə Əmaləddin, Nazim Əhmədli, Akif Əhmədgil, Şahin Musaoğlu, mətbuat xidmətinin rəhbəri Elçin Şıxlı, üzvlər isə Xəyal Rza, Alina Talıbova, Şahanə Müşfiq, Ulucay Akif, seçki komissiyasının sədri Səyyad Aran, üzvlər isə Elxan Elatlı, Saday Budaqlı, Orxan Fikrətoğlu və Cavid Zeynallı seçilib.

Xatırladaq ki, Anar Rzayevlə yanaşı şairlər Emil Rasimoğlu və Fuad Cəfərli də Birliyin sədri üçün namizədliklərini irəli sürüblər. Qurultayda AYB-nin hazırkı katiblərinin də vəzifələrində qalması barədə qərar verilib.

Editor

Related Posts