Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

60-cildlik Əhli-Beyt (ə) Quran Ensiklopediyası təqdim edildi

60-cildlik Əhli-Beyt (ə) Quran Ensiklopediyası təqdim edildi

Kərbəla şəhərində dünyanın ən böyük Qurani-Kərim ensiklopediyasının – “Əhli-Beyt (ə) Quran Ensiklopediyası”nın təqdimatı baş tutub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Əhli-Beyt (ə) irsi əsasında hazırlanış Qurani ensiklopediyanın təqdimat mərasimi İmam Hüseyn (ə) hərəmində keçirilib.

VI Beynəlxalq İmam Hüseyn (ə) Konfransı çərçivəsindəki bu tədbirdə Hərəmin hüquqi kuratoru Şeyx Əbdül-Məhdi əl-Kərbəlayi, həmçinin bir sıra digər dini və universitet xadimləri də iştirak edib.

Sözügedən ensiklopediya 60 cilddən ibarətdir. Bu ensiklopediya müqəddəs Qurani-Kərimin və onun elminin Əhli-Beytin (ə) dilindən olan təfsirini və izahını əhatə edir.

Ensiklopediyanın İcra Komitəsinin sədri Seyid Mürtəza Cəmaləddin qeyd edib ki, bu ensiklopediya ixtisaslaşmış kadrların iştirakı ilə olan 10-illik araşdırmaların, hazırlıqların, məlumat toplanışlarının və onların sənədləşdirilməsinin nəticəsidir; onun üzərində çalışmış şəxslər bu möhtəşəm əsərin hazırlanması üçün var gücləri ilə zəhmət çəkiblər.

“Dini məktəblərdən (və hövzələrdən) olan alimlər və nəcib insanlarla yanaşı, Kərbəla və Babil universitetlərindən olan ixtisaslaşmış müəllimlər də bu ensiklopediyanın tamamlanmasında iştirak ediblər. Bu layihə Şeyx Əbdül-Məhdi əl-Kərbəlayinin böyük dəstəyi ilə həyata keçirilib”, – deyə o əlavə edib.

Seyid Mürtəza Cəmaləddin bildirib ki, bu Quran ensiklopediyası 1 min nüsxə ilə İmam Hüseyn (ə) hərəminə məxsus “Əl-Varis” tipoqrafiya tərəfindən çap edilib. Adıçəkilən mətbəə İraqdakı ən müasir mətbəələrdən biridir.

Qeyd etmək lazımdır ki, Əhli-Beyt (ə) Quran Ensiklopediyası mühüm elmi və texniki nailiyyətdir; bu əsər İmam Hüseyn (ə) hərəminin Qurani-Kərim və Əhli-Beytə (ə) xidmət məsələsindəki nüfuzunu artırır və Hərəmin Quran mədəniyyətinin möhkəmlədilməsi və müxtəlif sahələrdəki elmi inkişafı gerçəkləşdirilməsinə olan diqqətinin dəlilidir.

Editor

Related Posts