
Bakı şəhərində kişi boksçular arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Naxçıvan Boks Federasiyasının yetirmələrindən ikisi çempion olub, digərləri isə ilk üç yerdə qərarlaşıblar. Tayfur Əliyev 60 kq çəki dərəcəsi üzrə final görüşündə Şamil Əsgərovu (“Neftçi” İK) – 4:1, Eldar Quliyev isə Surət Qarayevi (“Neftçi” İK) – 4:0 hesablı məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər naxçıvanlı idmançılardan Sərxan Əliyev (71 kq) gümüş, Orxan Aydəmirli (80 kq) və Rəvan Əliyev (92 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, oktyabrın 18-dən 25-dək davam edən yarışda müxtəlif şəhər və rayon klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 38 komandanın 146 boksçusu qüvvəsini sınayıb.