ABŞ və Rusiya Prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığı olub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə mənbəyə istinadən CNN məlumat yayıb.
Bildirilib ki, söhbət fevralın 12-də səhər saatlarında olub. Nəşr söhbətin təfərrüatlarını təqdim etmir. Prezidentlər arasında söhbət barədə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Tramp fevralın 7-də Putinlə telefonla danışdığını bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu açıqlamanı təsdiqləməsə də, təkzib etməyib.